2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın dəyəri 6 milyard ABŞ dolları təşkil edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bəhs olunan dövrdə Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkə İtaliya olub.
Belə ki, Avropa İttifaqı dövlətləri üzrə bu il ixracın dəyəri 6 145 435.63 min ABŞ dolları olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 34.3 % azalma deməkdir.Belə ki, 2019-cu ilin 11 ayında Aİ dövlətlərinə ixracın dəyəri 10 milyard 15 milyon 360 min ABŞ dolları təşkil edib.
11 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya, Yunanıstan və Xorvatiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 4 098 909.53 min ABŞ dolları, Yunanıstana 467 537.15 min ABŞ dolları, Xorvatiyaya 448 808.09 min dollar olub.
Bu il Azərbaycandan ən az ixrac edən Aİ ölkələri isə Slovakiya (44.25 min dollar), İrlandiya (139.80 min dollar) və Finlandiyadır (221.63 min dollar).