Avropa İttifaqı Rusiya gəmilərini öz limanlarına buraxmayacaq

“Aİ-nin yeni sanksiyalarına uyğun olaraq, 8 aprel 2023-cü il tarixindən sonra Rusiya Dəniz Gəmiçiliyi Reyestrində sertifikatlaşdırılmış gəmilərin Aİ-yə üzv ölkələrin limanlarına daxil olması qadağandır”.

Bu məlumatı Estoniya Nəqliyyat Departamentinin Mətbuat xidməti yayıb.

Bu qərar onunla əsaslandırılır ki, oktyabrın 7-də Aİ Şurası Rusiya Federasiyasının Ukraynadakı hərbi fəaliyyəti ilə bağlı qətnamə qəbul edib, ona əsasən Rusiyanın dəniz gəmi reyestrində olan gəmilər üçün əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər