1 C
Baku
Saturday, December 14, 2024

Avropa İttifaqı Rusiya neftinin idxalına embarqo qoyur

Avropa İttifaqı Rusiya neftinin idxalına embarqo qoyulması ilə bağlı razılığa gəlməyə yaxındır.

Banker.az xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Robert Habeck ZDF telekanalına danışarkən bildirib.

Onun sözlərinə görə, belə bir qadağa Rusiyaya dərhal zərər verməyəcək:

“Çünki qlobal neft qiymətlərinin artması onun daha aşağı həcmdə daha çox qazanc əldə etməsi demək idi. Bunun əvəzinə, Aİ və ABŞ-ın qlobal neft qiymətlərini məhdudlaşdırmaq təklifini nəzərdən keçirdiklərini qeyd edib”.

Qeyd edək ki, Rusiya Avropa İttifaqının təbii qaz ehtiyacının 40%-ni təmin edir. Aİ bu tədarük üçün Rusiyaya ildə təxminən 400 milyard avro ödəyir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər