10 C
Baku
Wednesday, December 11, 2024

Avropa İttifaqı Rusiya qazının tədarükünü 2 dəfə azaldacaq

Rusiya qazının tədarükündən tamamilə imtina etmək demək olar ki, qeyri-mümkün missiyadır.

Bunu Avropa Komissiyası rəhbərinin müavini Maroş Şefçoviç bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Avropa İttifaqı ölkələri Rusiya qazının idxalını 150 mlrd. kubmetrdən 80 mlrd. kubmetrdən aşağı səviyyəyə azaldıblarsa, bu il Rusiyadan “mavi yanacaq” tədarükünün həcmi (mayeləşdirilmiş təbii qaz daxil olmaqla) cəmi 40 mlrd. kubmetr təşkil edəcək.

“Ona görə də deyərdim ki, Rusiya qazından tamamilə imtina etmək hələ də demək olar ki, qeyri-mümkün missiyadır”, – Maroş Şefçoviç qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər