9 C
Baku
Saturday, March 29, 2025

Avropa İttifaqı Rusiyanın 50 çeşid məhsulunu qadağan etməyə hazırlaşır

Avropa İttifaqı Rusiyaya aid 50 çeşiddə məhsula sanksiyaların tətbiqi ilə bağlı planlarını açıqlayıb.

Bu haqda Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sulivan Astana səfəri zamanı deyib

O, Qazaxıstan hökumət rəsmiləri ilə müzakirələr zamanı Rusiyaya qarşı növbəti sanksiyalar paketinə 50 ticarət kodu altında müxtəlif məhsulların daxil edilməsinin nəzərdən keçirildiyini diqqətə çatdırıb.

“16-cı sanskiyalar paketi, sözsüz ki, özü ilə 50 məhsulla bağlı əlavə ticarət məhdudiyyətlər gətirəcək”,- deyə xüsusi nümayəndə bildirib.

O’Sulivan eyni zamanda, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalardan yan keçməyə çalışan şirkətlərlə ticarət əməkdaşlığını dayandıra biləcəklərini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər