Aİ Ukraynaya 2 milyard avro dəyərində sursat verəcək. Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
“Aİ-yə üzv ölkələr artıq öz anbarlarından 1 milyard avro dəyərində sursat göndərəcək. Aİ Ukrayna üçün birgə gələcək alışları üçün daha 1 milyard avro ayıracaq. Avropa silah-sursat istehsal imkanlarını artırır və 1 milyard avro da əlavə olunacaq. Bunun üçün səfərbər olunub. Bütün bunlar bizim qələbəmizə və Avropada sülhə gətirib çıxaracaq. Biz Avropa Komissiyasına fəal işinə, ədalətli mövqeyinə və Ukrayna ilə həmrəyliyinə görə minnətdarıq”, – mesajda deyilir.
Xatırladaq ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketi elan edib.
ABŞ aprelin 19-da Kiyevə hərbi yardımın son tranşını açıqlayıb. Həmin vaxta qədər belə yardımın ümumi dəyəri təxminən 36 milyard dollara çatıb.