2019-cu ilin dekabr ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,3 faiz bəndi artaraq 1,6%-ə çatıb.
Bu barədə Avropa Statistika İdarəsinə (Eurostat) istinadən xəbər verilir.
Məlumata görə, avrozonada isə qiymət artımı aylıq müqayisədə 0,3 faiz bəndi çox – 1,3% təşkil edib.
Aİ-yə üzv olan ölkələr arasında ən yüksək inflyasiya Macarıstanda (4,1%), Rumuniyada (4%), Slovakiya və Çexiyada (3,2%), ən aşağı inflyasiya isə İtaliyada (0,4%) və Portuqaliyada (0,5%) qeydə alınıb.
©Report