16 C
Baku
Sunday, April 28, 2024

Avropa İttifaqının bəzi ölkələri qaz istehlakını azaltmağa qarşıdırlar

Avropa İttifaqı ölkələri Avropa Komissiyasının (AK) 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər qaz istehlakını 15% azaltmaq planlarından istisnalara nail olmağa çalışırlar.

Bu barədə təklif layihəsinə istinadən “Financial Times” nəşri məlumat yayıb.

Sənədə əsasən, Aİ ölkələri bəyan ediblər ki, məcburi hədəflərdə hər bir üzv ölkənin Rusiya qazından asılılığı, həmçinin anbara göndərilən bu yanacağın həcmi nəzərə alınmalıdır.

Üzv dövlətlər həmçinin qurumun digər ölkələrinə qaz tədarük etmək imkanına malik olanlara da güzəştin verilməsini təklif edirlər. Qeyd olunub ki, Avropa İttifaqının vahid bazarı üçün kritik hesab edilən bəzi sektorlar da Avropa Komissiyasının təklifindən xaric edilməlidir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər