8 C
Baku
Friday, March 29, 2024

Avropa İttifaqının qaz böhranı ilə əlaqədar xərcləri 1 trln. avronu keçib

Ekspertlər Avropa İttifaqının qaz böhranı ilə əlaqədar xərclərinin 1 trln. avronu aşdığını bildiriblər.

Bu barədə məlumatı “Yakov i partnyorı”(keçmiş McKinsey şirkətinin Rusiya şöbəsi) konsaltinq agentliyi verib.

Agentlik həmçinin, Avropa İttifaqının enerji böhranı və enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədar xərclərinin 2023-cü ildə 1-1.6 trln. dollar təşkil edəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bu gün Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 8-ci sanksiya paketi barədə razılığa gəliblər və sənədin sabah, 6 oktyabrda təsdiqlənməsi gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər