Avropa İttifaqının Ukraynaya yardımı 50 mlrd. avroya çatıb

“Qalib gəlmək və müharibədən sonrakı bərpa üçün Ukraynanın yanında olacağıq”.

Bunu Kiyevə gedən Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib.

“Ölkələrini müdafiə edən bütün ukraynalılara Aİ-nin ən güclü dəstək mesajını çatdırmaq üçün Kiyevdəyəm.

Rusiyanın müharibəsi başlayandan bəri Aİ-nin Ukraynaya yardımı 50 milyard avroya çatıb. Avropa ilk gündən Ukraynanın yanındadır. Qalib gəlmək və yenidənqurma üçün sizinlə (Ukrayna ilə) birlikdə olacaq”, Borrell qeyd edib.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər