Avropa İttifaqı (Aİ) Ukraynaya digərlərindən daha çox müxtəlif növ yardımlar göstərib, onun həcmi 65 milyard avronu keçib.
Bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
“Bütün yardım növlərini – hərbi, mülki, iqtisadi, humanitar, maliyyə, qaçqınlara yardım – nəzərə alsaq, Aİ Ukraynanın ən böyük donorudur”, – deyə Aİ-nin rəsmisi söyləyib.
O əlavə edib ki, Aİ Kiyevə yardımı davam etdirəcək. Həmçinin xatırladıb ki, Aİ Ukraynaya növbəti makromaliyyə yardımı tranşı kimi 1.5 milyard avro ödəyib.