Avropa kinoteatrları 2020-2021-ci illərdə COVID-19 pandemiyası səbəbindən ən azı 20 milyard dollar zərər çəkib. Banker.az bu barədə Beynəlxalq Kino İttifaqının (UNIC) məlumatlarına istinadən xəbər verir.
UNIC-in məlumatına görə, 2019-cu ildə Avropada kassa gəlirləri rekord həddə – 9.3 milyard dollara çatdıqdan sonra, 2020-ci ildə kəskin şəkildə 2.8 milyard dollara düşüb. 2021-ci ildə Avropa və Britaniya kinoteatrları 3.9 milyard dollar gəlir əldə ediblər.
UNIC mütəxəssisləri 2022-ci ilin sonuna qədər kassa gəlirlərinin pandemiyadan əvvəlki səviyyələrə qayıda biləcəyini proqnozlaşdırırlar. Bu, əksər Avropa ölkələrinin koronavirus məhdudiyyətlərini aradan qaldırması və xarici böyük kinostudiyaların relizlərin sayını artırması ilə əlaqədardır.