Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan qaz tədarükünün tam qadağan olunmasını təklif edib

Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan qaz tədarükünün tam qadağan edilməsini təklif edib.

Belə bir bəyanatla enerji üzrə avrokomissar Dan Yorgensen keçirdiyi mətbuat konfransında çıxış edib.

“Bizim təklifimiz o anlama gəlir ki, 2027-ci ilin sonundan etibarən Avropa bazarında Rusiya yanacağı olmayacaq”, – deyə o vurğulayıb. – “Qısamüddətli müqavilələr 2026-cı ildən etibarən qadağan ediləcək, uzunmüddətli müqavilələr isə 2027-ci ilin sonuna qədər tamamilə dayandırılmalıdır”.

Yorgensen izah edib ki, Avropa Komissiyası Aİ ölkələrinin bu qadağadan yan keçməsinin qarşısını almaq üçün xüsusi mexanizmlər yaratmaq niyyətindədir.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər