Avropa Komissiyası Çində vətəndaş cəmiyyətinin inkişafına 1,7 milyon avro vəsait ayıracaq. “Çin vətəndaşları ölkənin inkişafı və idarə olunmasında daha çox iştirak etməlidirlər”, – Avropa Komissiyası belə bir nəticəyə gəlib.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Yayımlanan materiallara görə, bu təşəbbüsün həyata keçirilməsi nəticəsində, ÇXR-də mülki strukturların iqlim dəyişikliyinə qarşı mübarizə və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məsələlərində daha çox iştirak etməsinə nail olunmalıdır.
Söhbət Çin qadınlarının ölkə həyatının müxtəlif sahələrində, o cümlədən iqtisadi, siyası və sosial sahələrdə fəal şəkildə iştirak etmələrindən gedir. Qeyd edildiyi kimi, tenderdə yalnız Çində və ya Avropa İttifaqında qurulan təşkilatlar iştirak edə bilər.
Xatırladaq ki, daha əvvəl Avropa Şurasının Ukraynadakı prokurorların təhsilini maliyyələşdirmək barədə qərar verdiyi bildirilib. Müsabiqədən keçənlərin hər birinə təqribən 55 min avro vəsait ayrılacaq. Ən uğurlu namizədlər isə Ukrayna üçün müxtəlif təlimlər və maarifləndirici tədbirlər təşkil edəcəklər.