2 C
Baku
Saturday, December 14, 2024

Avropa Komissiyası “Huawei” və “ZTE” avadanlığının istifadəsini qadağan edir

Avropa Komissiyası Çinin “Huawei” və “ZTE” avadanlıqlarının öz 5G mobil şəbəkələrində istifadəsini qadağan etmək niyyətindədir, bu barədə “Bloomberg” yazıb.

Bundan əlavə, 5G “alət qutusu” ilə bağlı gələcək hesabatda Avropa Komissiyası ilk dəfə olaraq “Huawei” və “ZTE”ni yüksək riskli təchizatçılar kimi müəyyən edib və milli hökumətlərə tənzimləyicinin göstərişinə əməl etməyi tövsiyə edib.

Aİ öz Qərb müttəfiqlərindən – ABŞ və Böyük Britaniyadan nümunə götürüb. Xatırladaq ki, bu ölkələr “Huawei” və “ZTE” şirkətlərinin avadanlığından istifadəni uzun müddətdir ki, dayandırıblar.

Nə “Huawei”, nə də “ZTE” hələ “Bloomberg” məlumatlarını şərh etməyiblər.

Son xəbərlər
Digər xəbərlər