Avropa Komissiyası Avropada koronavirus pandemiyasının üçüncü dalğasının başladığını açıqlayıb.
Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə cümə günü Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant bildirib.
“Avropa İttifaqı ölkələrində tədricən və ya hətta sürətlə yayılan üçüncü dalğanı müşahidə edirik. Bu səbəbdən əhalinin vaksinasiyasının sürətləndirilməsinə ehtiyac olduğunu görürük”, – Dana Spinant qeyd edib.