28 C
Baku
Saturday, July 27, 2024

Avropa Komissiyası “TikTok Lite” tətbiqini bloklamağı nəzərdən keçirir

Avropa Komissiyası “TikTok Lite” tətbiqi ilə bağlı rəsmi araşdırmaya başlayıb. Avropa Komissiyasının fikrincə, onun bir sıra funksiyaları istifadəçilərdə, xüsusən də uşaqlarda ondan asılılığın yaranmasına səbəb olur. Cavab qənaətbəxş olmasa, növbəti gündən etibarən tətbiq Aİ-də bloklana bilər.

Qeyd edək ki, “TikTok Lite” – “TikTok” sosial şəbəkəsinin yüngülləşdirilmiş versiyasıdır. O, istifadəçilərin şəxsi məlumatlarından demək olar ki, istifadə etmir və mobil cihazlarda az yer tutur.

“TikTok Lite”ın funksiyalarından biri istifadəçilərə videolarda baxış sayı, platformaya müntəzəm səfərlər və s. əsasında müxtəlif tapşırıqları yerinə yetirdiklərinə görə pul mükafatı verməsidir. Avropa Komissiyası hesab edir ki, bu, istifadəçiləri tətbiqdə daha çox vaxt keçirməyə həvəsləndirir, nəticədə asılılığa gətirib çıxarır. Avropa Komissiyası bu tətbiqi “toksik və asılılıq yaradan” adlandırıb.

Bu, bu ilin əvvəlindən bəri Avropa Komissiyasının “TikTok”la bağlı apardığı ikinci rəsmi araşdırmadır. Tənzimləyicinin fevral ayında başladılan ilk araşdırması platformanın azyaşlı istifadəçiləri zərərli məzmundan qorumaq üçün kifayət qədər iş görüb-görmədiyi ilə bağlı olub. Söhbət Rəqəmsal Xidmətlər Qanununun mümkün pozuntularından gedir.

Son xəbərlər
Digər xəbərlər