19 C
Baku
Sunday, May 19, 2024

Avropa Komissiyası Ukraynaya €1.2 mlrd. kredit ayırıb

Avropa komissarı Valdis Dombrovskis Ukraynaya 1.2 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsi haqqında memorandumun imzalandığını açıqlayıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu gün mən Ukrayna ilə Aİ arasında 1,2 milyard avro məbləğində makromaliyyə yardımı haqqında Anlaşma Memorandumunu imzalamaqdan şərəf duyuram, bu paket Ukrayna hökumətini dəstəkləyəcək”, – deyə Valdis Dombrovskis söyləyib.

Rusiya fevralın 24-ü Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bunu “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Onun sözlərinə görə, “Ukraynanın demilitarizasiyası və denasifikasiyası”nın həyata keçirilməsi, Donbassda “mülki əhaliyə qarşı qanlı cinayətlərə” cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər