10 C
Baku
Friday, December 13, 2024

Avropa Komissiyasının rəhbəri karantinə alındı

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen koronavirus infeksiyasının daşıyıcısı ilə eyni tədbirdə iştirak etdiyi üçün karantinə alınıb. Banker.az xəbər verir ki, bu barədə Ursula dfon der Leyen öz “Twitter” səhifəsində məlumat yayıb .

“Hazırkı qaydalara uyğun olaraq sabah səhər saatlarına qədər karantində olacağam”, – deyə fon der Leyen söyləyib.

Ursula fon der Leyen vurğulayır ki, cümə axşamı günü verdiyi koronavirus testi mənfi nəticə verib. Avropa Komissiyasının rəhbəri yenidən analiz verməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər