“Putin uduzacaq, Ukrayna və Avropa qalib gələcəklər”.
Bu barədə Avropa Parlamentində “Birliyin vəziyyəti haqqında” illik müraciətində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
Komissiya sədri əmindir ki, Putin işğalçılıq müharibəsində uduzacaq, Ukrayna və Avropa isə qalib gələcəklər.
“Çox şey risk altındadır. Təkcə Ukrayna üçün deyil, bütün Avropa və dünya üçün də belədir. Bu, bizim üçün sınaq olacaq. Aramızdakı fikir ayrılıqlarından istifadə etmək istəyənlər bununla sınanacaqlar. Bu, Rusiyanın təkcə Ukraynaya qarşı apardığı müharibə deyil. Bu, enerjimizə qarşı müharibədir, iqtisadiyyatımıza qarşı, dəyərlərimizə qarşı, gələcəyimizə qarşı müharibədir. Söhbət demokratiyaya qarşı avtokratiyadan gedir”, – deyə fon der Lyayen qeyd edib.
O əlavə edib ki, “Putin uduzacaq, lazımi cəsarət və həmrəyliklə Ukrayna və Avropa qalib gələcəklər”.
“Bu gün cəsarətin bir adı var və bu ad – Ukraynadır. Bu gün cəsarətin bir siması var – bu, Rusiyanın təcavüzünə qarşı çıxan ukraynalı kişi və qadınların simasıdır”, – deyə fon der Lyayen əlavə edib.