Avropa Komissiyasının vitse-prezidenti: “Brexit” çərçivəsində keçid dövrü başa çatıb

“Brexit” çərçivəsində İngiltərə ilə Avropa Birliyi arasındakı keçid dövrü başa çatıb. Banker.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç məlumat verib.

İngiltərə tərəfindən verilən açıqlamaya görə, keçid dövrünün uzadılması nəzərdə tutulmur. Buna baxmayaraq, bununla bağlı yeni qərar 30 iyunadək qəbul oluna bilər.

Xatırladaq ki, yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqından çıxdı və 2020-ci ilin sonunadək tərəflər münasibətlərin yeni formatı ilə bağlı razılığa gəlməyə razılaşdılar. Hazırda Böyük Britaniya təşkilatın tətbiq etdiyi qaydalara riayət etsə də, qərarların qəbul edilməsi prosesində iştirak etmir.

Son xəbərlər
Digər xəbərlər