30 C
Baku
Friday, July 19, 2024

Avropa Mərkəzi Bankı faiz endiriminə getdi

Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini gözlənildiyi kimi 25 baza bəndi endirib.

Banker.az xəbər verir ki, bununla da uçot faiz dərəcəsi 4.50 faizdən 4.25 faizə endirilib. Faiz dəhlizində depozit faizi isə 4.00 faizdən 3.75 faizə endirilib. ECB 2019-cu ildən bəri ilk dəfədir ki, faiz endirmiş oldu.

İqtisadi blokun mərkəzi bankı 2022-ci ilin iyunundan faiz artımına başlayıb və həmin tarixə qədər 0.00% uçot faiz dərəcəsi siyasətini həyata keçirib. Hər bir iclasda 0.25-050 faiz bəndi artırıb və bu artım 2023-cü ilin sentyabrına qədər davam edib. Son bir ildə 4 faiz bəndi uçot faiz dərəcəsi qaldırılıb. Faiz artımının əsas səbəbi Rusiya-Ukrayna müharibəsindən əmə gələn ticarət zəncirindəki kəsilmə riskləri və bunun fonunda son 30 ilin ən yüksək inflyasiyası olub. Bu günə qədər olan faiz dərəcəsi (4.50%) ECB tarixində ən yüksək göstərici idi. ECB 2022-ci ilin oktyabrında 10%-dən yuxarı qalxan sürətlənən inflyasiya ilə mübarizə aparmaq üçün 2022-ci ilin iyul ayından etibarən pul siyasətini sərtləşdirib. Bu vaxta qədər depozit dərəcəsi mənfi (-0.5%), uçot faiz dərəcəsi 0%, kreditləri üçün isə 0.25% idi.

Press-relizdə bildirilir ki, Avropa tənzimləyicisi hələ də inflyasiyanı ortamüddətli hədəfə 2%-ə qaytarmaq niyyətindədir.

Tənzimləyicinin qərarı bazarın gözləntiləri ilə üst-üstə düşdü. Reuters-in sorğusuna qatılan 82 iqtisadçının hamısı bu nəticəni gözləyirdi. Respondentlərin üçdə ikisindən çoxu (82 nəfərdən 55-i) ECB-nin İdarə Heyətinin bu il daha iki dəfə – sentyabr və dekabr aylarında uçot dərəcəsini azaldacağına inanırdı.

 

Son xəbərlər
Digər xəbərlər