26 C
Baku
Wednesday, July 17, 2024

Avropa Mərkəzi Bankı faizləri yenidən qaldırdı

Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini gözlənildiyi kimi 0.25 faiz (25 baza) bəndi artırmış oldu.

Banker.az requlyatorun press-relizinə istinadla xəbər verir ki, bununla ECB-nin uçot faiz dərəcəsi 3.50%-dən 3.75%-ə qaldırılmış oldu. Bu 2008-ci ilin oktyabrından bu tərəfə ən yuxarı həddir.

19 ölkə blokunun mərkəzi bankı bununla da uçot faiz dərəcəsini 2022-ci ilin iyulundan bu tərəfə 375 baza bəndi artırmış oldu. Hansı ki, həmin dönəmə qədər okeanın o biri tayında olan əsas rəqibi ABŞ Federal Ehtiyat Sistemindən monetar siyasətini daha gec sərtləşdirmişdi.

ECB inflyasiyanı cilovlamaq üçün uçot faiz dərəcələrini qaldırmağa başlasa da, inflyasiyanı istənilən səviyyəyə salmaq asan deyil. Son ayda illik inflyasiya 6.9%-dən 7.0%-ə qayıdıb.

Ötən gün ABŞ FED-i uçot faiz dərəcəsini 5%-dən 5.25%-ə qaldırmaqla 2006-cı ildən bu tərəfə ən sərt monetar siyasətinə ayaq qoydu, lakin ilkin siqnallar ona işarədir ki, FED faiz artımına bir müddət pauza verəcək.

Son xəbərlər
Digər xəbərlər