Avropa Mərkəzi Bankı (AMB) Bolqarıstanın 2026-cı il yanvarın 1-dən pul vahidi kimi avrodan istifadə etməsinə razılıq verib.
Qurumun hesabatında ölkənin vahid valyuta məkanına daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyi göstərilir. Bildirilir ki, ölkənin ticarət şəbəkəsi və banklar yeni valyutadan istifadəyə hazırdır.
Hazırda Avropanın 20 ölkəsində 347 milyon nəfər avrodan istifadə edir.