Banker.az saytının Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa Mərkəzi bankı (ECB) Brüsseldə yerləşən ofisinin rəhbəri Stephane Rottier-i tutduğu vəzifəsindən azad edib. Bununla belə, personalın şikayətindən sonra HR departamentində qanunsuz olaraq vəzifə əldə edən 4 əməkdaşın təyinatı ləğv edilib.
Personalın nümayəndəsi Stephane Rottier-i öz əmək haqqısının artırılmasında ittiham edib. Həmçinin, onun qanunsuz olaraq vəzifəyə əməkdaş təyin etməsi fonunda digər namizədlərə vəzifə tutmaq şansı verilmirdi. Qeyd edək ki, AMB nizamnaməsinə əsasən, əmək haqqı artırılarkən bu bank tərəfindən təyin edilməlidir.
Stephane Rottier-in vəzifə səlahiyyətlərinə digər avropalı institutlar ilə qarşılıqlı münasibətlərin yaradılması və dəstəklənməsi daxil idi. O yenidən bu vəzifə üçün müraciət etsə də, bu tələb rədd edilib.
AMB bildirib ki, Brüssel ofisinə yeni rəhbər olaraq Boris Kisselevski təyin edilib. Vəzifə təyinatı geri götürülən digər 4 əməkdaş isə növbəti 9 ay ərzində, yeni kadr seçiminə qədər müqavilə əsasında işləməyə davam edəcək.