13 C
Baku
Friday, May 17, 2024

Avropa Mərkəzi Bankı faiz dərəcəsini 15 ilin ən yuxarı həddinə qaldırır

Avropa Mərkəzi Bankı (ECB) gözlənildiyi kimi uçot faiz dərəcəsini 50 baza bəndi qaldırıb.

Banker.az xəbər requlyatorun press-relizinə istinadən verir ki, ECB uçot faiz dərəcəsini inflyasiyanı cilovlamaq məqsədi ilə 3.00%-dən 3.50%-ə yüksəldib. Bu da 2008-ci ilin oktyabrından bu tərəfə ən yüksək həddir.

ECB uçot faiz dərəcəsinin depozit (aşağı həddi) faizini 2.50%-dən 3.00%-ə, borclanma həddini (yuxarı) 3.25%-dən 3.75%-ə yüksəldib.

ECB heyəti hazırda inflyasiyanın 2023-cü ildə orta hesabla 5.3%, 2024-cü ildə 2.9% və 2025-ci ildə 2.1% olacağını öngörürlər.

Eyni zamanda ECB bildiirr ki, əsas qiymət təzyiqləri güclü olaraq qalır: “Enerji və qida istisna olmaqla inflyasiya fevral ayında artmağa davam edib və ECB heyəti bunun 2023-cü ildə orta hesabla 4.6% olacağını gözləyir ki, bu da dekabr proqnozlarında nəzərdə tutulandan yüksəkdir.

Daha sonra, 2024-cü ildə 2.5%-ə, 2025-ci ildə isə 2.2%-ə enəcəyi proqnozlaşdırılır, çünki keçmiş tədarük şoklarından və iqtisadiyyatın yenidən açılmasından yaranan yuxarı təzyiqlər azalır və daha sərt pul siyasəti tələbi getdikcə azaldır”.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər