Avropa Mərkəzi Bankının (ECB) İdarəetmə Şurası faiz dərəcəsini sabit saxlayıb.
Banker.az xəbər verir ki, Bank ardıcıl dördüncü iclasda faiz dərəcələrini dəyişməyib. Belə ki, uçot dərəcəsi 4.5 %, depozitlər üzrə faiz dərəcəsini 4 %, marjinal kredit xətti üzrə faiz dərəcəsi 4.75 % səviyyəsində saxlanılıb.
2024-cü il üçün inflyasiya proqnozunu 2.3 faizə, iqtisadi artım proqnozu isə 0.6 faizə endirilib.