Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini gözlənildiyi kimi 4.5%-də sabit saxladı.
Banker.az bunu ECB-nin press-relizinə istinadən xəbər verir.
ECB-nin qərarı iqtisadçıların proqnozlarına uyğundur. Reuters-in sorğusuna əsasən, 85 iştirakçı iqtisadçının hamısı ECB-nin 25 yanvar iclasından sonra depozit faizlərinin dəyişməz qalacağını gözləyirdi.
Avrozonanın tənzimləyicisi hələ də inflyasiyanı ortamüddətli hədəf olan 2%-ə qaytarmaq niyyətindədir, press-relizdə deyilir. Avrozonada illik inflyasiya noyabrda 2.4%-dən dekabrda 2.9%-ə qədər sürətləndi.
Reuters-in sorğusuna əsasən, iqtisadçıların əksəriyyəti (85-dən 59-u) ECB-nin ikinci rübdə faizləri azaltmasını gözləyir.