Avropa Mərkəzi Bankı (ECB) avro zonasında tüğyan edən inflyasiyanı cilovlamaq üçün son 11 ildə ilk dəfə faiz dərəcələrini artırıb. Uçot faiz dərəcəsini proqnozlaşdırıldığı kimi deyil, 50 baza bəndi artırıb.
Banker.az mərkəzi bankın rəsmi səhifəsinə istinadən xəbər verir ki, bununla da uçot faiz dərəcəsi 0.00%-dən 0.50%-ə yüksəlib. Avro valyutasını paylaşan 19 ölkənin mərkəzi bankı depozit faizləri nəhayət mənfi zonadan çıxaraq 0.00%-ə, borclanma faizi isə 0.75%-ə yüksəlib.
ECB 2011-ci ildən bu tərəfə ilk dəfə uçot faiz dərəcəsini artırmalı olub. Qeyd edək ki, uçot faiz dərəcəsini birjalar 25 baza bəndi artırılacağını gözləyirdi, lakin öncəki xəbərimizdə də bildirmişdi ki, Rueters bəzi mənbələrdə ECB-nin 50 baza bəndi artırılağı bərədə məlumat əldə etmişdi.
“Rəhbərlik Şurası əvvəlki iclasında bildirdiyindən daha böyük ilk addımın siyasət dərəcəsinin normallaşdırılması yolunda atılmasının məqsədəuyğun olduğuna qərar verdi”- deyə, açıqlamada qeyd edilir.
ECB daha əvvəl istehlak qiymətləri artmağa davam etdiyi üçün iyul və sentyabr aylarında dərəcələri artıracağını bildirmişdi. İyun ayında inflyasiya üçün ilk oxunuş 8,6% ilə rekord həddə çatdı. Bununla belə, bəzi investorlar bu ilin sonunda resessiya proqnozlaşdırdıqları üçün ECB-nin hərəkətlərinə şübhə ilə yanaşırlar.
Hələ iyun ayında ECB proqnozları bütün bu il üçün 6,8%, 2023-cü ildə isə 3,5% inflyasiya səviyyəsinə işarə edirdi. Artım baxımından requlyator cari və növbəti il üçün ÜDM nisbətini 2.1% səviyyəsində qiymətləndirir.
Gələcəkdə ən böyük qeyri-müəyyənliklərdən biri Rusiyanın Avropaya təbii qaz nəqlinin tamamilə kəsib-tdirməyəcəyidir.
Təbii qaz nəqli iyun ayından bəri təqribən 60% azalıb və vacibboru kəməri olan “Şimal Axını 1” cümə axşamı təmirdən sonra tədarüklərin azaldılmış tutumda olsa da bərpa edildiyini bildirilir.
Avropanın İqtisadiyyat Komissarı Paolo Gentiloni bildirib ki, Avropa Rusiya karbohidrogenlərindən çox asılı olan Moskvadan tədarükün tam kəsilməsi Avrozonanı bu il resessiyaya sürükləyə bilər.
Hazırda EUR/USD 1.025 müqavimət səviyyəsinə çatıb, hətta onu yaxın saatlarda ötə biləcəyi də vurğulanır.