9 C
Baku
Sunday, November 17, 2024

Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini qaldırdı

Avropa Mərkəzi Bankının (ECB) direktorlar şurasının qərarı ilə uçot faiz dərəcəsini gözlənildiyi kimi 50 baza bəndi, yaxud 0.5% faiz bəndi artırılıb.

Banker.az ECB-nin press-relizinə istinadla xəbər verir ki, uçot faiz dərəcəsi 2.5%-dən 3.0%-ə qaldırılıb. Bu da 2008-ci ilin dekabrından bu tərəfə ən yuxarı faiz dərəcəsidir.

Dünya üzrə nüfuzlu iqtisadçılar arasında keçirilmiş sorğuda da uçot faiz dərəcəsinin 0.5 faiz bəndi artırılacağını ortaq proqnoz edilmişdi.

Depozit faizləri isə 2%-dən 3%-ə qədər artırılıb.

İclasa, həmçinin aktivlərin alışı proqramı (APP) çərçivəsində Avrosistemin qiymətli kağızların saxlanmasının azaldılması üsulları haqqında da qərar verilib. Dekabrda bildirildiyi kimi, APP portfeli martın əvvəlindən 2023-cü ilin iyun ayının sonuna qədər orta hesabla ayda 15 milyard avro azalacaq və portfelin azaldılmasının sonrakı tempi zamanla müəyyən ediləcək.

Tarix Aktual Proqnoz Əvvəl
Feb 02, 2023 (Feb) 3.00% 2.50%
Dec 15, 2022 (Dec) 2.50% 2.50% 2.00%
Oct 27, 2022 (Oct) 2.00% 2.00% 1.25%
Sep 08, 2022 (Sep) 1.25% 1.25% 0.50%
Jul 21, 2022 (Jul) 0.50% 0.25% 0.00%

 

Məlumat əlavə edilir…

 

Son xəbərlər
Digər xəbərlər