Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 4.25%-dən 4.5%-ə qaldırıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“ECB-nin gələcək qərarları uçot faiz dərəcəsinin zəruri olduğu müddətdə iqtisadi fəaliyyəti məhdudlaşdıran səviyyədə saxlanmasını təmin edəcək”, – mesajda deyilir.
Mərkəzi Bank həmçinin inflyasiyanın 2%-ə qaytarılması hədəfini saxladığını və bunun üçün alətləri tənzimləməyə hazır olduğunu bildirib.