Avropa Mərkəzi Bankı (ECB) oktyabr və dekabr iclaslarında ehtimal ki, uçot faiz dərəcələrini 75 baza bəndi artıracaq.
Banker.az xəbər verir ki, bu barədə nüfuzlu bank “Goldman Sachs Group Inc” bildirir.
Cari Stehn başçılıq etdiyi iqtisadçılar daha əvvəl ECB-nin ilin yekun iclasında 50 baza bəndilik daha mülayim bir artım proqnoz etmişdilər.
İqtisadçılar deyir ki, monetar siyasət daha sərtləşdikcə, inflyasiya rəqəmləri sabitləşir və avro zonasının resessiyada olduğu aydın olur. Beləliklə, onlar ECB-nin uçot faiz dərəcəsi ilə bağlı proqnozlarılnı 2.75%-ə qaldırıblar.
ECB artıq son iki iclasında borclanma faizini 125 baza bəndi artırıb. Təkcə bu ay tarixində ilk dəfə 75 baza bəndi yüksəldib. Avrozonada qiymətlərin artması resessiyanın getdikcə artan proqnozları ilə müşayiət olunduğundan, indi sual bundan sonra necə davam etməsidir. Valyuta bazarı investorları, ECB-nin oktyabr ayında daha bir üç rüblük dərəcə artımı təqdim etdiyini və depozit dərəcəsinin – hazırda 0.75% – ilin sonuna qədər 2% -dən çox yüksələcəyi proqnoz edilir.
Son iclasda ECB uçot faiz dərəcəsini 0.50%-dən 1.25%-ə yüksəltmişdi. Depozit faizi Avrozona da 0.75%, borclanma faizi isə 1.50%-dir.
Mərkəzi Bank | Cari faiz dərəcəsi | Növbəti iclas | son dəyişmə | |
ABŞ Federal Ehtiyat Sistemi (FED) | 3.25% | Noy. 02, 2022 | Sent 21, 2022 (75 baza bəndi) | |
Avropa Mərkəzi Bankı (ECB) | 1.25% | Okt. 27, 2022 | Sent 08, 2022 (75 baza bəndi) | |
İngiltərə Bankı (BOE) | 2.25% | Noy. 03, 2022 | Sent 22, 2022 (50 baza bəndi) | |
İveçrə Milli Bankı (SNB) | 0.50% | Dek. 15, 2022 | Sent 22, 2022 (75 baza bəndi) | |
Avstraliya Ehtiyat Bankı (RBA) | 2.35% | Okt. 04, 2022 | Sep 06, 2022 (50 baza bəndi) | |
Kanada Bankı (BOC) | 3.25% | Okt. 26, 2022 | Sep 07, 2022 (75 baza bəndi) | |
Y.Zellandiya Ehtiyat Bankı (RBNZ) | 3.00% | Okt. 05, 2022 | Aug 17, 2022 (50 baza bəndi) | |
Yapon Bankı (BOJ) | -0.10% | Okt. 28, 2022 | Jan 29, 2016 (-20 baza bəndi) | |
Rusiya Bankı (CBR) | 7.50% | Okt. 28, 2022 | Sep 16, 2022 (-50 baza bəndi) | |
Hindistan Ehtiyat Bankı (RBI) | 5.40% | Sep 30, 2022 | Aug 05, 2022 (50 baza bəndi) | |
Çin Mərkəzi Bankı (PBOC) | 3.65% | Aug 22, 2022 (-5 baza bəndi) | ||
Brazilya Mərkəzi Bankı (BCB) | 13.75% | Okt. 26, 2022 | Aug 03, 2022 (50 baza bəndi) |