8 C
Baku
Friday, December 13, 2024

Avropa ölkələri Azərbaycandan təbii qaz alışını kəskin artırıblar – SİYAHI

Azərbaycan 2023-cü ildə İtaliya ilə bərabər, Yunanıstan, Rumıniya və Bolqarıstana təbii qaz ixracı kəskin yüksəlib.

Banker.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən İtaliyaya 10.71 mlrd. m3 ($8.05 mlrd.-lıq, Bolqarıstana 1.275 mlrd. m3 ($470.34 mln.-lıq, Yunanıstana 1.117 mlrd. m3 ($900.29 mln.) və Rumıniyaya 184.29 min m3 ($171.25 mln.) mavi yanacaq satılıb.

Azərbaycandan hesabat ili ərzində ümumilikdə xaricə 26.62 mlrd. m3 təbii qazı $13.68 mlrd.-a ixrac edilib.

Qeyd edək ki, təbii qazın hər min m3-u xaricə 2022-ci ildə 790.38 dollara satıldığı halda, 2023-cü ildə 35% ucuzlaşaraq 513.77 dollar olub.

2023-cü il üzrə təbii ixracı
Ölkə  2023-cü ildə:  İllik müqayisə
 min kub-m  dəyər, min dollar  miqdar  dəyər
Bolqarıstan               1,275,253.00                  470,340.26 248% 98%
Gürcüstan               2,148,664.03                  346,624.96 -17% -1%
İran                     11,460.13                           434.98 -93% -93%
İtaliya            10,705,462.12               8,052,416.09 30% -27%
Rumınya                  184,286.16                  171,246.25
Türkiyə            10,854,348.50               3,681,484.94 58% 67%
Yunanıstan               1,117,467.19                  900,286.15 43% -21%
Rusiya                  800,665.76                  143,225.18 758% 730%

 

Son xəbərlər
Digər xəbərlər