Almaniya Federal Bankı (Bundesbank) vətəndaşların pensiya yaşını 69,3 yaşına qaldırmağı təklif edib.
Rusiya mətbuatına istinadən, əgər təşəbbüs qəbul edilsə, dəyişikliklər 2001-ci ildə anadan olan ölkə vətəndaşlarına şamil ediləcək. Pensiya yaşının 2070-ci ilə qədər qaldırılması təklif olunur.
Qeyd edək ki, Avropa ölkələri pensiya yaşlarını durmadan artırırlar. Hazırda Almaniyada bu 65 yaş 7 aydır və 2029-cu ilə bu 67 yaşa qədər çatdırılacaq.
Danimarka hakimiyyəti də pensiya yaşını yuxarı qaldırır. Belə ki, növbəti on ildə krallıq vətəndaşları 65 deyil, 67 yaşında təqaüdə çıxacaqlar.
2035-ci ilə qədər isə Danimarkada pensiya yaşı 72-yə çata bilər. Bundan əvvəl, yerli vətəndaşların erkən təqaüdə çıxma yaşı 60-dan 66 yaşa qədər artırılıb.
Kişilərin 67, qadınların isə 64 yaşında təqaüdə çıxdığı Norveçdə 2030-cu ilə qədər eyni sistem tətbiq ediləcək. Belə ki, cinsindən asılı olmayaraq ölkə vətəndaşları 67 yaşında pensiyaya çıxacaq.