27 C
Baku
Saturday, July 27, 2024

Avropa öz yeraltı qaz anbarını 60% doldurub

Avropa şirkətləri qarşıdan gələn qışa hazırlaşmağa davam edir və artıq yeraltı qaz anbarlarını orta hesabla 60% doldurublar.

Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.

Belə ki, 6 iyul tarixinə olan məlumata görə, yeraltı anbarların orta doluluq səviyyəsi 60.15%-ə çatıb.

Qeyd olunur ki, hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 65 mlrd. kubmetr təşkil edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər