Avropa Parlamenti Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyan qətnamənin mətni ilə bağlı razılığa gəlib.
Bu barədə Avropa Parlamentinin deputatı Andrius Kubilius “Twitter“ hesabındakı paylaşımında bildirib.
“Avropa Parlamentinin siyasi qrupları arasında 4 saat çəkən müzakirələrdən sonra mətnlə bağlı razılığa gəlinib. Əsas xətt budur: “Avropa Parlamenti … Rusiyanı terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır ””, – deyə Kubilius qeyd edib.