7 C
Baku
Thursday, December 12, 2024

Avropa Parlamenti Rusiyanın terrorizmin sponsoru kimi tanınması məsələsinə baxacaq

Avropa Parlamenti bir qrup avropalı mühafizəkar və islahatçıların Rusiyanın terrorizmin himayədarı kimi tanınması ilə bağlı müzakirələrin plenar iclasların gündəliyinə daxil edilməsi xahişini təsdiqləyib.

Bunu Polşadan olan Avropa Parlamentinin deputatı Boqdan Zontsa deyib.

Səsvermə zamanı 201 deputat qətnamənin müzakirəyə daxil edilməsini dəstəkləyib, 99-u əleyhinə, 61-i isə bitərəf qalıb.

“Biz şadıq ki, müzakirə baş tutacaq və noyabrda Rusiya ilə Aİ arasında gerçək münasibətləri təqdim etməyə imkan verəcək bu qətnaməyə səs verəcəyik”, – B.Zontsa şərh edib.

Qətnamənin noyabrın 21-24-də keçiriləcək sessiyasında Avropa Parlamentində müzakirə olunaraq səsverməyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası Rusiyadakı hakim rejimi terrorçu kimi tanıyan ilk beynəlxalq təşkilat olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər