2 C
Baku
Saturday, December 14, 2024

Avropa Parlamenti süni intellekt haqqında qanun qəbul edib

Avropa Parlamenti süni intellektdən istifadəni tənzimləyən qanunu təsdiqləyib. Qanunun lehinə 523 deputat, əleyhinə 46 deputat səs verib, 49 deputat isə bitərəf qalıb. Bu, dünyada ilk belə miqyaslı “qaydalar toplusudur”, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Təşəbbüsün məqsədi “fundamental hüquqları, demokratiyanı, qanunun aliliyini və ekoloji dayanıqlığı yüksək riskli süni intellektdən qorumaq, o cümlədən innovasiyaları stimullaşdırmaq və Avropanı bu sahədə lider kimi təsdiq etməkdir”.

Akt süni intellektə əsaslanan texnologiyalara risk kateqoriyalarının veriləcəyini nəzərdə tutur: qəbuledilməz (bu halda texnologiya qadağan olunacaq), yüksək, orta və aşağı. Avropa Parlamentinin məlumatına görə, yeni qanuna əsasən, real vaxt rejimində üz tanıma (RBI), iş yerində və məktəblərdə emosiyaları tanıma, sosial qiymətləndirmə və insan davranışını manipulyasiya edən və ya onun zəifliklərindən istifadə edən süni intellekt texnologiyaları qadağan ediləcək.

Akt hələ də Avropa Şurası tərəfindən təsdiqlənməlidir. Onun mayın sonunda qüvvəyə minməsi gözlənilir. Avropa Parlamentinin sədri Roberta Metsola bildirib ki, qanun Aİ vətəndaşlarının fundamental hüquqlarını qorumaqla yanaşı, innovasiyaları təşviq edəcək.

Son xəbərlər
Digər xəbərlər