Avropa Parlamenti (AP) Avropa İttifaqı Şurasının Ukraynaya 1,2 milyard avro həcmində makroiqtisadi yardım paketinin ayrılması haqqında qərarına razılıq verib.
Səsvermənin nəticələri qanunverici orqanın Strasburqdakı sessiyası zamanı açıqlanıb.
Bu vəsait Ukraynada makroiqtisadi sabitliyin dəstəklənməsinə və köklü islahatlar proqramının həyata keçirilməsinə yönəldiləcək.
Qərar təsdiq edildikdən sonra vəsait 12 ay ərzində 600 milyon avroluq tranşlar vasitəsilə rəsmi Kiyevə təqdim ediləcək.