Avropa Parlamentinin deputatlarının əksəriyyəti Ukraynaya 1.2 milyard avro məbləğində kreditin ayrılmasına səs verib.
Banker.az xəbər verir ki, pul hər biri 600 milyon avro olmaqla iki tranşla yönləndiriləcək.
Avropa Parlamentinin məlumatına görə, “makromaliyyə yardımı”nın göndərilməsi qərarını 598 deputat dəstəkləyib, 55 nəfər əleyhinə çıxıb. Pul makroiqtisadi sabitləşməyə və islahatlara dəstək üçün istifadə olunacaq.
Tənzimləyicinin sədri Ursula fon der Leyen vurğulayıb ki, maliyyə dəstəyi Ukraynanın Rusiya ilə “münaqişə” səbəbindən yarandığı ehtiyaclarını ödəməyə kömək edəcək. Fevralın əvvəlində Fransa Kiyevə 1.2 milyard dollar, ABŞ isə 1 milyard dollar yardım etməyi təklif etmişdi.