2 C
Baku
Saturday, December 14, 2024

Avropa Parlamentinin rəsmisi korrupsiya faktına görə istefa verib

Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin sədri Mariya Arena Belçikada korrupsiya ilə bağlı başlanmış istintaqla əlaqədar vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb.

Arenanın adı Qətər və Mərakeşin xeyrinə korrupsiyada hallanır.

“Belçika hakimiyyəti məni deputat toxunulmazlığımdan məhrum etməyib. Nə ofisimdə, nə də evimdə axtarış aparılıb “, – Arena qərarı sərbəst şəkildə verdiyini deyib.

Avropa Parlamentində Qətər və Mərakeşin maraqlarının təmsilçiləri ilə əlaqələri olan deputatlar və işçilərlə bağlı araşdırma davam edir. Onların arasında Avropa Parlamentinin keçmiş vitse-prezidenti, hazırda həbsdə olan yunan deputat Eva Kaili də var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər