9 C
Baku
Friday, December 13, 2024

Avropa Rusiyanı əvəz etmək üçün BƏƏ-dən neft alışını bərpa edir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) son iki ildə ilk dəfə olaraq Avropaya neft göndərəcək, Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir. Məlumata görə, Fransanın “TotalEnergies” şirkətinin gəmiçilik qolu Abu-Dabidəki limanında 1 milyon barel xam neft göndərmək üçün “Moskva Spirit” tankerini icarəyə götürüb.

Xatırladaq ki, sonuncu dəfə BƏƏ Avropaya 2020-ci ilin mayında neft göndərib. Önümüzdəki aylarda daha çox BƏƏ xam nefti Avropaya göndərəcək və bu, yeni sanksiyalar fonunda azalan Rusiya tədarükünü əvəz edəcək.

ABŞ və Avropa rəsmiləri Rusiyanın Aİ-yə neft idxalını məhdudlaşdırmağın müxtəlif yollarını müzakirə edirlər. Onların sözlərinə görə, sanksiyaların üç variantı nəzərdən keçirilir: tam embarqo, neftin qiymətinin məhdudlaşdırılması və “gəlirləri saxlamaq” üçün ödəniş mexanizminin yaradılması.

Bazar ertəsi Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ indiyədək Rusiyaya qarşı enerji embarqosu ilə bağlı ümumi mövqedə razılığa gələ bilməyib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 17-də Rusiyaya qarşı sanksiyaların altıncı paketinin hazırlandığını elan edərək qeyd edib ki, Avropa Rusiya neftinin tədarükündən imtina etməyə kömək edəcək “ağıllı mexanizmlər hazırlamaq prosesindədir”.

 

Son xəbərlər
Digər xəbərlər