13 C
Baku
Friday, April 19, 2024

Avropa Super Liqası dayandırıldı – RƏSMİ

Avropa Super Liqasının mətbuat xidməti rəsmi olaraq layihənin dayandırıldığını açıqlayıb.

Bu barədə jurnalist Rob Harris “Twitter” hesabında yazıb.

Mətbuat xidmətinin dərc etdiyi bəyanatda Avropa futbolunun islahatlara ehtiyacı olduğu vurğulanır. Sözügedən qərarın xüsusən İngiltərə klublarının layihədən ayrılması ilə bağlı qəbul edildiyi, yenidən formalaşdırılma ilə bağlı tədbirlərin görüləcəyi və layihədən ümumilikdə imtina edilmədiyi bildirilir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər