“Ermənistan-Azərbaycan sərhədində silahlı qarşıdurmaya dair məlumatlar böyük narahatlıq doğurur”.
Bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç yaydığı bəyanatda qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında fikir ayrılıqları danışıqlar vasitəsilə dinc yolla həll edilməlidir: “Hər iki ölkənin lideri arasında bu yaxınlarda baş tutan birbaşa təmaslar ümidverici idi və davam etdirilməlidir”.