12 C
Baku
Friday, May 17, 2024

Avropa Şurasının Baş katibi: “Azərbaycanla bağlı plan yeni əməkdaşlıq sahələrini əhatə edir”

“2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planı Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib”.

Bu fikirləri Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, bu, yeni plan deyil, belə ki, AŞ təşkilata üzv digər ölkələrlə əməkdaşlıq çərçivəsində də bu cür sənədlər hazırlayır. 2022-2025-ci illəri əhatə edən sözgedən Fəaliyyət Planı Azərbaycan üçün artıq üçüncü plandır.

Baş katib Azərbaycanın 2019-cu ildə AŞ-nin Lansarote Konvensiyasını ratifikasiya etdiyini, həmçinin AŞ-nin hüquqi təcrübənin yenilənməsində Azərbaycana kömək etdiyini xatırladıb.

Mariya Peyçinoviç-Buriç 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının süni intellekt, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, insan alverinə qarşı mübarizə kimi yeni əməkdaşlıq sahələrini əhatə etdiyini əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər