12 C
Baku
Saturday, November 23, 2024

Avropa təbii qaz ehtiyatlarının yarısını xərcləyib

Avropa təbii qaz ehtiyatlarının yarısını artıq xərcləyib, bu barədə “Gas Infrastructure Europe”ın məlumatlarında deyilir. Qeyd edildiyi kimi, yanvarın 10-na kimi Avropa İttifaqının anbarları 50.88% dolu olub, bir il əvvəl yanvarın 12-də bu göstərici 65.19% təşkil edib.

Banker.az xəbər verir ki, ehtiyatlar istilik və elektrik enerjisinin bahalaşması ilə bərabər azalır. Aİ-nin ən böyük iqtisadiyyatları olan Almaniya və İngiltərə bundan daha çox təsirlənir. Belə ki, bu ölkələr qaz və elektrik enerjisinin ən böyük istehlakçılarından biridir.

Buna baxmayaraq, Avropanın hələ də təxminən 54 milyard kubmetr qaz ehtiyatı var ki, bu da ötən illə müqayisədə 27% azdır. Havanın soyuması və sənaye istehlakının artması ilə birlikdə qaz sərfiyyatı da artır. Yeni ildən qazın birja qiyməti 900-1000 dollar həddində olub.

Son xəbərlər
Digər xəbərlər