Avropa İttifaqı 2021-ci ilin sonuna qədər yoxsul ölkələrə 100 milyon doza peyvənd bağışlayacaq. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen səhiyyə sahəsində Romada keçiriləcək sammit ərəfəsində bildirib.
“Avropa İttifaqı 2021-ci ilin sonuna qədər orta və aşağı gəlirli ölkələrə ən az yüz milyon doza peyvənd bağışlamağı hədəfləyir”, – deyə Ursula fon der Leyen söyləyib.