10 C
Baku
Friday, December 13, 2024

Avropada əmlaka böyük endirimlər olan ölkələr açıqlanıb

Distress aktivlərə (bazar dəyərindən aşağı qiymətə satılan və kommersiya baxımdan cəlbedici olan əmlak) ən böyük endirimlər İtaliyada (böhrandan əvvəlki qiymətin 40%-dək), Kiprdə (25%-dək), Fransa, İspaniya və Yunanıstandadır (15%-dək), deyə mənbəyə istinadən RBC məlumat verir.

“Bunlar ya daşınmaz əmlak sahiblərinin təcili satışlarıdır, ya da tikinti şirkətlərin sərhədlərin bağlı olduğu müddətdə nağd pul axınını təmin etmək cəhdidir”, – deyə “Knight Frank” ın xarici daşınmaz əmlak direktoru Marina Şalayeva bildirir.

Qeyd edək ki, bu kimi aktivlərin Avropadakı ümumi tədarükünün təxminən 50%-i İtalyanın, 25%-i Kiprin, qalan hissəsi isə Fransa, Yunanıstan və İspaniyanın payına düşür.

Son xəbərlər
Digər xəbərlər