12 C
Baku
Wednesday, December 11, 2024

Avropada kömürün qiyməti ən yüksək həddə çatıb

Londondakı “İCE Futures” birjasında bu gün keçirilən hərraclara görə kömürün gələn il fyüçersləri 137 ABŞ dollarınadək bahalaşıb.

Bu, 2008-ci ildən bu yana ən yüksək qiymətdir.

Belə ki, Avropada qazın bahalaşması daha əlverişli enerji mənbələrinə tələbatın artmasına səbəb olub. O cümlədən elektrik enerji istehsalında mühüm xammal olan kömürə tələbat artıb. Halbuki regionda ehtiyatları məhdud olan kömürün Avstraliya, Cənubi Afrika Respublikası və Kolumbiyadan idxalı da müəyyən çətinliklərlə bağlıdır.

Xatırladaq ki, son həftələr Avropada qaz xeyli bahalaşıb. Belə ki, TTF onlayn qaz satışı mərkəzindəki qiymətlər hələ bir ay bundan əvvəl 500 USD/1000 kubmetrdən bir qədər artıq idisə, 15 sentyabr hərracında 960 USD/1000 kubmetri ötərək tarixi rekorda çatmışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər