Avropa İttifaqı ölkələri arasında koronavirusdan ən yüksək ölüm göstəriciləri Çexiyadadır.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi ECDC-nin məlumatlarına istinadən bildirib.
Qeyd edək ki, hesablama son 14 gündə 100 min nəfərə düşən ölüm sayına əsaslanır.
“Son həftələrdə Çexiya Aİ ölkələri arasında koronavirusa yoluxanların sayına görə birindi yerdədir. Lakin bununla yanaşı, respublika ölənlərin sayına görə də liderdir”, – deyə Səhiyyə Nazirliyi bildirib.
Xatırladaq ki, koronavirusdan ölüm sayına görə ikinci yeri Belçika (22,1), üçüncü yeri Bolqarıstan (17,2), dördüncü yeri Polşa (14,3), beşindi yeri isə Sloveniya (14,0) tutub.
Son sutkada Çexiyada 3187 nəfər yoluxub.